Naxçıvanda gənc ana və 1 yaşlı övladı dəm qazından boğuldu - VƏZİYYƏTLƏRİ ORTA-AĞIRDIR

Naxçıvan şəhərində dəm qazından iki nəfər zəhərlənib.

Stopnarkotik.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhər Qaraxanbəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri 2001-ci il təvəllüdlü Ələkbərova Fəridə Ramin qızı və övladı 2022-ci il təvəllüdlü Ələkbərov Fuad Toğrul oğlu mətbəxdə olan suqızdırıcı avadanlığın nasaz olması nəticəsində dəm qazından zəhərləniblər. F.Ələkbərova Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, F.Ələkbərov isə Əziz Əliyev adına Naxçıvan MR Mərkəzi Uşaq Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.