"NATO qoşunları sərhədlərimizə yaxınlaşır" - Rusiya müdafiə naziri

NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin müdafiə nazirlərinin görüşündə deyib.

O bildirib ki, bu, hərbi təhlükəsizliyə əlavə təhdiddir: “İndi deyirlər ki, əgər Rusiya Ukraynada dayandırılmasa, Alyans ölkələrinə hücum edəcək. Halbuki, bizə yaxınlaşan onlardır”.

Nazirin sözlərinə görə, Rusiya başqa dövlətlərin işlərinə qarışmamaq siyasətinə sadiqdir: “Eyni zamanda Sovet İttifaqının dağılmasından sonra NATO-nun Şərqə doğru genişlənməsi davam edir. Amma 1990-cı illərdə bizə bunun baş verməyəcəyi vəd edilmişdi”.