Azərbaycan Qəzza zolağına sülhməramlı qüvvə göndərməyə razılıq verib.
Stopnarkotik.az bildirir ki, bu barədə ABŞ-ın BMT-dəki səfiri Valts açıqlama verib.
O, "The Hugh Hewitt Show"a verdiyi müsahibədə bildirib ki, "Trampın sülh planı Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yaradılmasını nəzərdə tutur. Mən orada Amerika qoşunlarının olmasını istəmirəm. İsrail qoşunlarının geri qayıtması tammiqyaslı müharibə və normallaşmanın olmaması demək olardı və bu, problemdir. Buna görə də, bizim beynəlxalq kontingentimiz olacaq - İndoneziya, Azərbaycan və digər ölkələr artıq iştirak etməyə razılıq veriblər".
Stopnarkotik.az