ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş əməkdaşı (yaxud məxfi məlumatçı) Cozef Vinsent Haiti prezidenti Jovenel Moize sui-qəsd təşkil etməkdə təqsirli olduğunu etiraf edib.
Stopnarkotik.az bildirir ki, bu barədə "The Quardian" xəbər verib.
Cozef Vinsentin ikili vətəndaşlığı var, belə ki, o ABŞ və Haiti vətəndaşıdır və o eyni zamanda Moizeni vuraraq öldürən kolumbiyalı muzdlu qatillərin tərcüməçisi olub. Üstəlik, Vinsent əvvəlcə baş verənlərdə günahını inkar etmişdi, amma sonra birdən möcüzəvi şəkildə günahını etiraf edib.
Vinsentdən başqa, təqaüddə olan Kolumbiyalı ordu zabiti German Alexandro Rivera Qarsiya, Haiti əsilli Çilili iş adamı Rodolfo Jaar və Yamaykada saxlanılan keçmiş Haiti senatoru Con Joel Cozef də artıq günahlarını etiraf ediblər.
Stopnarkotik.az