Narkotiklə əlaqədar 75 nəfər saxlanıldı - GÜRCÜSTAN POLİSİNDƏN ƏMƏLİYYAT

Gürcüstanda son 48 saat ərzində narkotik cinayətlərinə görə 75 nəfər saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Qafqazturk.com Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, polis tərəfindən həyata keçirilən xüsusi tədbirlər nəticəsində son 48 saat ərzində Tbilisidə və ölkənin müxtəlif regionlarında narkotik cinayətlərinə görə ümumilikdə 75 nəfər saxlanılıb. Onların arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

Saxlanılan şəxslərə böyük miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, satılması və satışına yardım göstərilməsi ittihamları irəli sürülüb.

İş üzrə istintaq davam edir.

Stopnarkotik.az