Son günlər dünya KİV-ləri “Kokain akulaları” haqda ardıcıl xəbərlər verməkdədir. Deyirlər ki, Florida-Kisdəki sərxoş köpəkbalıqları qəribə davranırlar. Tədqiqatçıların fikrincə, bunun səbəbi akulaların qaçaqmalçılar tərəfindən buraya atılan külli miqdarda kokainin təsirinə məruz qalmasıdır.
Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu qəribə fenomen tezliklə “Discovery”də nümayiş etdiriləcək “The Cocaine Sharks” sənədli filmində də göstəriləcək. Film üzərində çalışan alimlər səbəbi “həqiqətə bənzər” adlandırırlar.
Kokain zibilliyi
Təcrübələr ona görə aparılıb ki, böyük miqdarda kokain ABŞ-a qayıqla “varid olur” və müəyyən səbəblərdən tez-tez suya atılır. Kopəkbalıqları ilə bağlı tədqiqatın rəhbəri Treysi Fanara “The Guardian”a deyib: “Kokain suda o qədər həll olunur ki, dərmanların dəniz suyuna hopması üçün qablaşdırmada çox kiçik deşik bəs edir”.
Saxta kokain tələsi
Tədqiqatçılar təcrübə üçün Fanar və dəniz bioloqu “İynəlibalıq” ləqəbli Tom Hörd köpəkbalıqlarının necə reaksiya verəcəyini görmək üçün suya kokain paketinə bənzəyən "saxta paketlər" atıblar. Onlar köpək balıqlarının saxta paketlərə diqqət edib-etmədiklərini və onlara hücum etmək qərarına gəlib-gəlmədiklərini görmək üçün heyvanların davranışını müşahidə ediblər. Yəni bir növ akulalara tələ qurublar. Onlar köpək balıqlarının narkotiki taparkən necə davrandıqlarını görmək üçün kokainə bənzər stimulantdan da istifadə ediblər. “Hörd qəribə davranışlar müşahidə etdi, lakin köpəkbalığının davranışındakı dəyişikliyin kokainə rast gəlmə ilə bağlı olduğu, yoxsa sadəcə bir təsadüf olduğu bilinmir. Daha çox araşdırmaya mütləq ehtiyac var", - deyə Fanara “CBS News”a bildirir.
"Kokain köpəkbalığı" filmindən çəkilmiş kadrlarda köpəkbalıqlarının saxta kokain yığınlarına doğru üzdüyü göstərilir və Hörd ən azı bir çəkic başlı köpəkbalığının adi haldan fərqli şəkildə üzdüyünü seyr edir. “Bu, qeyri-adidir. Bu, keçmişdə baş vermiş travma və ya kimyəvi qarışıqlıq ola bilər”, - deyə o, şounun treylerində açıqlayır.
Heyvanların həqiqətən narkotik istifadə edib-etmədiyini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var. Buna görə də yaxın aylarda bir neçə köpək balığından qan nümunələri götürüləcək.
Məşhur holland bioloq və səyyah Frik Vonk deyir ki, bütün bu cəfəngiyatdan utanır. O, “İnstaqram”da bunun ən böyük cəfəngiyat olduğunu və bu qondarma xəbərin yalnız “Shark Week” (Akula həftəsi) sənədli filmini tanıtmaq üçün istifadə edildiyini deyir.
Stopnarkotik.az