“Narkomaniyaya yox deyək!” - SALYANDA ŞAGİRDLƏRLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞÜ KEÇİRİLDİ / FOTO

Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Arbatan kənd orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, görüşdə RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov çıxış edərək ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərindən danışıb. O, bildirib ki, bu qanunsuz əməllə məşğul olan hər bir şəxs hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılır və barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülür. Siz şagirdlər isə belə şəxslərdən kənar gəzməli, digər şəxslərə örnək olmalı və təhsilinizdə daima uğurlar qazanmalısız.
Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb və “ağ ölüm”ün zərərlərini əks etdirən videoçarx nümayiş olunub.

**

Stopnarkotik.az