Narkomaniya, erkən nikah və dini radikalizmə qarşı maarifləndirici tədbir keçirildi - FOTO

Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 5 saylı tam orta məktəbdə narkomaniyaya, erkən nikaha və dini radikalizmə qarşı maarifləndirmə tədbiri keçirilib.

Stopnarkotik.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov, narkomaniyanınn səbəb olduğu fəsadlar haqda geniş bəhs edib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirləri diqqətə çatdırıb. Erkən nikahın və dini radikalizmin doğurduğu problemlərdən danışılıb, şagirdlərə məktəbi yüksək qiymətlərlə oxuyub bitirmələri, mükəmməl ali təhsilə yiyələnmələri tövsiyə olunub.

Tədbirin sonunda maraq doğuran suallar cavablandırılıb və maarifləndirici videoçarx nümayiş etdirilib.

Stopnarkotik.az