ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsində (DEA) 25 il çalışmış keçmiş agentin Nyu-York şəhərində həbs edildiyi və CJNG narkokarteli üçün 12 milyon dollar yumağa cəhd etməkdə ittiham edildiyi haqda məlumatlar bu gün xarici mediada yayıldı.
Stopnarkotik.az bildirir ki, bu xəbərin ardınca Federal Təhqiqat Bürosu (CIA) agentinin də CJNG üçün pul yumağa cəhd etdiyinə görə həbs olunduğu açıqlandı. Məlum olub ki, keçmiş DEA agenti Pol Kampo Respublikaçı Partiyasının Milli Komitəsi (RNC) ilə əlaqələri olan keçmiş CIA zabiti Robert Sensi ilə işləyib.
Araşdırmaya görə, 2024-cü ilin sonlarında Sensi CJNG üzvü hesab etdiyi bir adamla görüşüb, lakin bu, ABŞ narkokartelin içindən hökumətə məlumat verən şəxs olub. Görüşdə Sensi iddia edib ki, DEA-dan olan dostu əvvəllər agentliyin maliyyə əməliyyatlarını idarə edib və DEA araşdırmaları ilə bağlı məxfi məlumatlar da daxil olmaqla, CJNG-yə kömək etmiş ola bilər.
Bundan əlavə, Sensi və Kampo fentanil istehsalı, eləcə də CJNG üçün dronların, tüfənglərin, qumbaraatanların və raketlə işləyən qumbaraların alınması məsələsini müzakirə ediblər. Nəticədə yumağa çalışdıqları pullar kartelə deyil, onları tutmaq üçün əməliyyatda iştirak edən Amerika kəşfiyyat orqanlarına köçürülüb.
Qeyd edildiyi kimi, Pol Kampo DEA-da 25 il çalışmış və üç il Maliyyə Xidmətləri Bürosunun komissar müavini vəzifəsində çalışmışdır.
Stopnarkotik.az