Mübahisə ölümlə nəticələndi - TANIŞINI QƏTLƏ YETİRƏN ŞƏXS SAXLANILDI / YENİLƏNİB

Martın 6-da saat 00:15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon prokurorluğundan Stopnarkotik.az-a bildirilib ki, araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Məzahir Bayramov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

Martın 6-da saat 02 radələrində Qaradağ rayonu ərazisində 1998-ci il təvəlüdlü Haqverdiyev İlham Sabir oğlunun kəsici-deşici alətlə yetirilən xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

Stopnarkotik.az xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Bayramov Məzahir Elşən oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. 

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. 

Faktla bağlı araşdırma gedir.