Rusiyalı MMA döyüşçüsü Aleksandr Larkin Vnukovo aeroportunda turisti döyüb.
Stopnarkotik.az Mash Telegram-kanal-ına istinadən xəbər verir ki, mənbə döyüşçü dostları ilə VİP keçidlə təyyarəyə keçmək istəyərkən turistin ailəsi ilə birlikdə ona yol vermədiyini bəhanə edərək insidentə səbəb olub. Tərəflər əvvəlcə mübahisə ediblər. Sonra yumruqları işə salıblar.
Dava-dalaşda Larkini avtomobillə aeroporta gətirən, hava limanının əməkdaşı sürücü də iştirak edib. Aleksandr Larkinin sürücüsü ilə birlikdə saxlayıblar. İzahatları alınan hər iki şəxs sonradan sərbəst buraxılıb.