Mingəçevirdə odlu silahlar aşkar edilərək götürüldü

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyat tədbiri zamanı şəhər ərazisindən 2 ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.