Milyonerdən inanılmaz addım: qocalmamaq üçün oğlunun qanından istifadə etdi - FOTOLAR

Amerika Birləşmiş Ştatlarının Dallas bölgəsində yaşayan və əbədi cavan qalmaq arzusunda olan milyonçu bunun üçün 17 yaşlı yeniyetmə oğlundan qan köçürməyə başlayıb.

Stopnarkotik.az mannset.az-a istinadən xəbər verir ki, 45 yaşlı milyonerin bu işə ildə təxminən 2 milyon dollar xərclədiyi təxmin edilir. O, 70 yaşlı atasına da öz qanını verib.

Milyonerin bunu "beynini, ürəyini, ağciyərlərini, qaraciyərini, böyrəklərini, tendonlarını, dişlərini, dərisini, saçını, sidik kisəsini, və düz bağırsağı 18 yaşına qaytarmaq” üçün etdiyi bildirilir.