Məhkəmədən Köçəryanın cinayət işi ilə bağlı qərar

Məhkəmə Ermənistanın eks-prezidenti Robert Köçəryana qarşı cinayət işinə xitam verilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Köçəryan və baş nazirin keçmiş müavini Armen Gevorkyan eyni cinayət işi üzrə təqsirləndirilir. Eks-prezident iş adamı Silva Ambartsumyandan külli miqdarda rüşvət (3 milyon dollar) almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunub.