Marixuana leqallaşma yolunda daha bir ölkəyə doğru irəliləyir

Son zamanlar Avstraliya narkotiklərin dekriminallaşdırılması istiqamətində irəliləyir. Bununla yanaşı narkotik mövzusu ölkənin yerli xəbərlər gündəmindən çıxmır. Gedişata görə, marixuana tezliklə Viktoriya ştatında leqallaşdırıla bilər.

Stopnarkotik.az xəbər verir ki, bu qanunun müzakirəsi fonunda ştatın başçısı və xəzinədar özləri marixuana  çəkdiklərini və bunda qəbahət görmədiklərini etiraf ediblər.

Amma yəqin ki, leqallaşma hələlik federal səviyyədə baş verəcək. Belə qanun layihəsi təqdim olunub. Marixuananın leqallaşması qanunu üçün lobbiçiliyi “Yaşıllar Partiyası” edir. “Yaşıllar Partiyası”nın senatoru Devid Şubric də marixuana çəkdiyini etiraf edib.

Ümumiyyətlə isə, marixuana Avstraliyada rəsmi olaraq qeyri-leqaldır, lakin kiçik marixuana dozasına görə həvəskarlar ya cüzi cərimə ilə canlarını qurtarırlar ya da xəbərdarlıqla yola verirlər. Sadə dillə desək, Avstraliyada bir çox insan marixuana ilə “göylərdə uçur”.

Qəribə olsa da, marixuanaya aid ən liberal qanunlar federal məmurların oturduğu Kanberradadır.

Orada marixuana təkcə şəxsi istifadə üçün leqal sayılmır, həm də daha sərt narkotiklərə qarşı çox loyal münasibət var. Az miqdarda kokain və heroin kimi ağır narkotiklərin saxlanması sürət həddini aşmağa görə cərimədən də aşağı cərimə olunur. Kvinslend eyni yolu getdi, çünki məhkəmələrin üstünə "narkotik"ə görə çox işlər gəlir.

Həftə sonlarında məşhur “Hardmission” elektron musiqi festivalından səkkiz nəfər ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hətta onları süni komaya salmaq da lazım gəldi.

Təxminən eyni vəziyyət oktyabrda Sidney festivalında da baş verdi. Sonra hər şey 70 nəfərin narkotikə görə həbsilə nəticələnən maska ​​şousu ilə bitdi. Festivallarda ölümcül doza həddinin aşılması həqiqətən müntəzəm olaraq baş verir. Belə konsertlərdə əsas narkotik ekstazidir.

Eyni zamanda, Avstraliya kokain ixracı üçün dünyanın ən cəlbedici bazarı olaraq qalır. Avstraliyada kokain qiyməti dünyada ən baha qiymətlərdən biridir və avstraliyalılar onu digərlərindən daha çox istifadə  edirlər.

Polis və gömrük mütəmadi olaraq nəhəng narkotik partiyalarının qarşısını alır, lakin kokain dolu çamadanlar tez-tez Avstraliya sahillərində lövbər salır, narkotik satıcıları bir gün də dayanmırlar.

Stopnarkotik.az