Maqsud Mahmudovdan XƏBƏR VAR - Dekabrın 21-i...

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 21-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun şikayəti təmin edilməyib. Ali Məhkəmə də şikayətin təmin edilməməsi barədə qərar çıxarıb.

Qeyd: Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir. Maqsud Mahmudov həmin müğənniləri şantaj edib.