Lökbatandakı Narkoloji Mərkəzin təmirinə nə vaxt başlanılacaq? - RƏSMİ AÇIQLAMA

Lökbatanda yerləşən Narkoloji Mərkəzin təmir işlərinə 2026-cı ilin əvvəlində başlanılması planlaşdırılır.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyətindən məlumat verilib.

Bildirilib ki, Lökbatanda yerləşən Narkoloji Mərkəzin əsaslı təmiri ilə bağlı elan edilən tender prosesi başa çatıb və qalib müəyyən edilib.

“Təmir başa çatdıqdan sonra müəssisə istifadəyə veriləcək və burada tibbi xidmətlərin təşkili təmin olunacaq”, - məlumatda qeyd olunub.