Əlindən övladları alınan aktrisa: "Narkotik bataqlığına düşdüm"

Aktrisa Damla Ersubaşı övladlarının atası Mustafa Can Keserin onun barəsində səsləndirdiyi iddialara cavab verib.

Stopnarkotik.az baku.ws-ə istinadən xəbər verir ki, o yayımladığı videoda narkotik istifadə etdiyini etiraf edib:

"Bir zamanlar narkotik aludəçisi idim. Narkotik bataqlığına düşdüm. Pulumu qumara, narkotikə xərclədim. Bu keçmiş ərim Mustafanın ailəsinin pulu idi. Məni şantaj etdi. Bunu "Ailəmə deyərəm" dedi. "Uşaqlarımı mənə verəcəksən" dedi. Övladlarımı əlimdən aldı".

Aktrisanın keçmiş əri Can Keser ona dava açıb. Məhkəməyə müraciət edən Keser Ersubaşının narkotik maddə istifadə etdiyini deyərək övladlarının qəyyumluğunu tələb edib. Hakim uşaqların Keserə verilməsi ilə bağlı qərar qəbul edib.