"Kürd Elnur"un məhkəməsi başladı

Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 234.4.3, 234.2, 221.1 və 228.4-cü maddələri ilə təqsirləndirilən Abbasov Elnur Tofiq oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

"Kürd Elnur" kimi tanınan Elnur Abbasovun anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı Babaxan Həsənəliyev də cinayət işinin məhkəmə baxışına verilməsini istəyib. Sonra təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə Elnur Abbasovun həbsinin ev dustaqlığıyla əvəz edilməsi üçün vəsatət verib. O vəsatətini belə əsaslandırıb ki, Elnur Abbasov şəhid övladıdır, himayəsində 1 azyaşlı övladı var. Dövlət ittihamçısı isə vəsatətin təmin olunmasına etiraz edib. Hakimlər müşavirədən qayıtdıqdan sonra vəkilin vəsatətin təmin olunmamasını istəyib.

Növbəti məhkəmə prosesi iyul ayının 17-nə təyin edilib.

Qeyd edək ki, Elnur Abbasov bu ilin yanvar ayında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb./apa