Hollandiya Kralı Villem-Aleksandr ölkəsinin keçmişdə qul ticarətində oynadığı rola görə üzr istəyib. Stopnarkotik.az bildirir ki, bunu “Hollandiya Teleradio Yayım Korporasiyası” xəbər verir.
O, Amsterdamdakı “Oosterpark” parkında tamaşaçılar qarşısında çıxış edərək, əcdadlarının öz dövründə bu sistemə qarşı çıxmadıqları üçün bağışlanmalarını istəyib.
İyulun 1-də Hollandiyada ölkənin keçmiş koloniyalarında köləliyin ləğv edilməsinin 150 illiyi tamam olur. Bu münasibətlə ölkədə və onun keçmiş müstəmləkələrində ilboyu quldarlığın keçmişini xatırlatmaq üçün nəzərdə tutulan tədbirlər planlaşdırılır.
Stopnarkotik.az