Kolumbiyanın boru kəmərlərindən çıxarılan daha çox xam neft aşağı keyfiyyətli yanacaq istehsal edən gizli neftayırma zavodlarına ötürülür və orada emal edilir. Bu aşağı keyfiyyətli yanacaq “pateqrillo” adlanır. Maraqlıdır ki, “pateqrillo” kokain istehsalında istifadə olunur.
Stopnarkotik.az xəbər verir ki, Kolumbiyanın aparıcı neft şirkəti olan “Ecopetrol”un məlumatlarına görə, ötən illər ərzində Kolumbiya-Venesuela sərhədindəki Norte Santander əyalətinin şimal-şərq departamentində Tibo bələdiyyəsi yaxınlığında 281 qeyri-qanuni boru kəmərindən təqribən 24,300 barel neft vurulub.
Tibu kənd sərhəd bölgəsi geniş qaçaqmalçılıq imkanlarına görə narkobandalar üçün strateji dəhlizdir. O, həmçinin ötən illərdə 16,096 hektar ərazini əhatə edən bitki örtüyü ilə Kolumbiyanın ən böyük koka becərdiyi ərazilərdən biridir.
Başda benzin olmaqla isə karbohidrogenlər toza çevrilə bilən pasta yaratmazdan əvvəl koka yarpaqlarından alkaloidlərin yuyulması üçün lazımdır. Kokain istehsalçıları, həmçinin yarpaqları islatmaq üçün neft tullantılarından alınan karbohidrogenlərdən- kerosin və naftadan da istifadə edirdilər.
Ekspertlər izah etdilər ki, "pategrillo" kerosinə bənzəyir, lakin qarışığı çoxdur. Benzin istifadə edilməklə istehsal olunan 90% saflığa malik olur, “pategrillo” ilə isə maksimum saflıq 75% -ə çatır.
“Ecopetrol”un göstəricilərinə görə, Kolumbiyanın Milli Azadlıq Ordusu (Ejército de Liberación Nacional - ELN) hər gün “Kano Limon-Kovenyas” neft kəmərindən iki min barel neft çıxarır, bu neft gizli emal zavodlarına verilir, burada emal edir və “pategrillo” istehsal edirlər.
Belə anlaşılır ki, neft qiymətlərinin düşməsi kokainin maya dəyərini azaldır və narkotik daha ucuz başa gəlir? Və daha bir nüans. Bu yaxınlarda Suriya ilə Venesuela arasında neft emalı sahəsində əməkdaşlıq xəbərləri yayıldı. Görünür, çoxdanın narkoölkəsi olan Venesuela ilə İranın narkotik fabrikasına çevirdiyi Suriya arasındakı əməkdaşlıq elə neftin kokain istehsalında istifadəsini hədəfləyir.
Stopnarkotik.az