Keçmiş məhkum kirayə yaşadığı evdən oğurluq etdi

Abşeron rayon sakini polisə ərizə ilə müraciət edərək kirayə verdiyi evdə yaşayan şəxsin həmin evdən 2000 manat dəyərində məişət əşyalarının oğurlanmasını bildirib. 

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, müraciət əsasında araşdırma aparan Abşeron rayon Polis İdarəsi əməkdaşları oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əsgərzadəni müyyən edərək saxlayıblar. 

Araşdırma aparılır.