Kafedə mübahisə qanla bitdi - BIÇAQLANAN VAR

Oğuzda kafedə bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, 39 yaşlı Sahil Məhərrəmov aralarında yaranmış mübahisə zamanı tanışı, 34 yaşlı Cavid Əhmədova bıçaqla xəsarət yetirib. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb.