İsrail polisi Şərqi Qüdsdə fələstinliləri zorakılıq anlarını lentə alan "TRT Haber" komandasına hücum edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İsrail polisi ilə Məscidül-Əqsanın Bab əl-Əsbat qapısında fələstinlilər arasında dava baş verib. Bu anları lentə alan "TRT Haber" komandasına da İsrail polisi hücum edib və kameraman Ömər Avvad polisin onu itələməsi nəticəsində yerə yıxılıb. İsrail polisi mətbuat mənsublarını zorla ərazidən uzaqlaşdırıb.