İsrail ordusu İrana hücum edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
İsrail tərəfi hərbi obyektlərin hədəfə alındığını açıqlayıb.
Qeyd edək ki, Tehranda partlayış səsləri eşidilib.
“İran rejiminin İsrail dövlətinə qarşı aylardır davam edən hücumlarına cavab olaraq, İsrail Müdafiə Qüvvələri hazırda İrandakı hərbi hədəflərə dəqiq zərbələr endirir. İrandakı rejim və onun bölgədəki müvəkkilləri oktyabrın 7-dən bəri İran ərazisindən birbaşa hücumlar da daxil olmaqla, yeddi cəbhədə İsrailə davamlı olaraq hücum edir”, - İsrail ordusunun yaydığı məlumatda deyilir.
Hücumun nəticələri hələlik məlum deyil.
CBS kanalı bildirir ki, İsrail yalnız hərbi hədəfləri vurub. Telekanalın məlumatına görə, hücum nüvə və neft obyektlərinə təsir etməyib. NBS mənbələri isə bildiriblər ki, kazarma və silah anbarını hədəfə alınıb.
Mətbuatın məlumatına görə, hücumda İsrail Hərbi Hava Qüvvələrinə məxsus 100-dən çox təyyarə iştirak edib.