Gilan əyalətinin Rəşt şəhərində qadın hüquqları müdafiəçiləri Zöhrə və Zəhra Dadrəs bacıları həbs ediliblər.
Bu barədə onların vəkili Əbülfəz Qurbani məlumat yayıb.
Xanım fəallar «ölkənin milli təhlükəsizliyinə xələl gətirmək üçün qrup yaratmaq, üzv olmaq, qanunsuz toplaşmaq və əlbir olmaq»da günahlandırılıblar.
İttihamlara görə, Zəhra Dadrəs 9 il 6 ay 1 gün, Zöhrə Dadrəs isə 6 il, 1 ay 17 gün azadlıqdan məhrum edilib./axar.az