İMRAN XAN GERİ QAYIDIR - Seçkilərdə namizəd olacaq...

Pakistanın keçmiş Baş naziri İmran Xan parlamentə keçiriləcək seçkilərdə iştirak edəcək.

Stopnarkotik.az xəbər verir ki, bu barədə İmran Xanın vəkili Əli Zəfər məlumat verib.

O bildirib ki, keçmiş Baş nazir Pakistanın ən azı üç seçki dairəsindən namizədliyini irəli sürəcək..

Qeyd edək ki, ölkədə parlament seçkiləri növbəti ilin fevral ayının 8-də keçiriləcək.