Xəbər verdiyimiz kimi, martın 9-da, saat 21:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlu kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb.
DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, qətli törətməkdə şübhəli bilinən şəxsin kimliyi aşkara çıxarılıb.
Belə ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılaraq istintaqa təhvil verilib.
Stopnarkotik.az