Bakıda içərisində külli miqdarda pul olan cüzdan oğurlanıb.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, dekabrın 14-də Xətai rayonu ərazisində bir nəfərin içərisində 2253 manatı olan pulqabısı oğurlanıb.
Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Bakı şəhər sakini K.Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.