Həyat yoldaşını ehtiyatsızlıqdan öldürməkdə təqsirləndirilən Raidə Mahmudovanın məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəsməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Raidə Mahmudova cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xəzər rayonunda baş verib. Mübahisə zamanı Raidə Mahmudova Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr endirib və çarpayıdan yerə itələyib. Nəticədə Hacı Mahmudov ölüb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.