Hindistanın Kerala ştatının Vayanad rayonunun dağlıq ərazilərində torpaq sürüşməsi nəticəsində 84 nəfər ölüb.
Stopnarkotik.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bir çox yerli sakinlər itkin düşənlər siyahısındadır. 250-dən çox insan xilas edilib.
Təbii fəlakət gecə saatlarında baş verib və bir neçə yaşayış məntəqəsinə ziyan vurub. 400-ə yaxın ailə evlərində köməksiz qalıb. Hazırda onların xilas edilməsi istiqamətində tədbirlər görülür.
Bütün bu səbəblərdən Kerala ştatında ikigünlük, 30-31 iyul tarixləri matəm günü elan edilib.