Həbsxanada "AUE" ideyalarını yayan avtoritetə YENİ CƏZA

Rusiyanın Perm şəhərində IK-9 həbsxanasında saxlanılan “Marik” ləqəbli kriminal avtoritet Marat Musin Rusiyada qadağan edilmiş “Məhkumların Cinayət Birliyi” (AUE) ekstremist hərəkatını təbliğ etdiyinə görə mühakimə olunub.

Stopnarkotik.az lent.az-a istinadla bildirir ki, müstəntiqlər kişini ekstremist təşkilatın fəaliyyətində iştirakda və cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda ittiham edirlər. İstintaqın məlumatına görə, o, 2020-ci il oktyabrın 30-dan 2021-ci il yanvarın 1-dək koloniyada cəza çəkərkən cinayətkar subkultura ideyalarını təbliğ edib.

Kriminal aləmdə Ciro Qalski kimi tanınan “qanuni oğru” Ciro Şoniinin qərarı ilə Marik lider olub.