Hacıqabulda 33 yaşlı kişi bıçaqlandı

Hacıqabulda bıçaqlanma hadisəsi qeydə alınıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qızılburun kəndində baş verib.

Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Hacıyev Bəxtiyar Hacıbala oğlu qarın boşluğunun kəsilmiş deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Onun kim tərəfindən bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır./apa