Gürcüstandan Azərbaycana gələn maşında xeyli dərman preparatları aşkarlandı

Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Stopnarkotik.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən müxtəlif adlarda - 1390 qutu, 240 konvalyut dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.