Gürcüstan həbsxanalarında 99 Azərbaycan vətəndaşı saxlanılır.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin cari ilin sentyabr ayı üzrə hesabatında bildirilib. Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 11-i qadın, 88-si isə kişidir.
Həbsdə olanlardan Azərbaycan vətəndaşlarından biri həddi buluğa çatmayan oğlandır. Məlumata görə, həbsdə olan Azərbaycan vətəndaşlarından 19-a qarşı ittiham irəli sürülüb, 80-i barəsində isə hökm oxunub.
Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 50 nəfər təşkil edib. Onlardan 25-i Tbilisidə, 10-u Kvemo-Kartlidə (Borçalı), 3-ü Kaxeti, 11-i isə Acarıstan-Quriya, 1-i isə Sameqrelo-Zemo Svaneti bölgəsindədir.
Gürcüstan həbsxanalarında hazırda 42 İran, 33 Ermənistan, 119 Rusiya, 205 Türkiyə və 47 Ukrayna vətəndaşı daxil olmaqla ümumilikdə 749 əcnəbi saxlanılır.