Abşeron rayonunun Görədil kəndində 10 min manat dəyərində inşaat materialları oğurlanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Zərərçəkmiş noyabrın 25-dən dekabrın 5-dək olan müddətdə evindən 10 min manat dəyərində inşaat materiallarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.