Goranboyda kütləvi dava: XƏSARƏT ALANLAR VAR

Goranboyda kütləvi dava-dalaş olub.

Stopnarkotik.az xəbər verir ki, hadisə ötən gecə rayonun Veyisli kəndində qeydə alınıb.

Kənd sakinləri Elşad Abuzərov, Turac Zeynalov və Elbəyi Mustafayev bir-birilərinə müxtəlif alətlərlə xəsarət yetiriblər.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma başlanılıb.