Goranboy sakini anasını öldürüb - QƏTLİN TƏFƏRRÜATI / YENİLƏNİB

Aprelin 7-də saat 17 radələrində Goranboy rayon sakini 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon prokurorluğundan Stopnarkotik.az-a bildirilib ki, araşdırma zamanı 2005-ci il təvəllüdlü Şahin Əmrahovun rayonun Tatarlı kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Alidə Kazımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahin Əmrahov rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Stopnarkotik.az

*** 

Goranboyda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Məlumata görə, Alidə Kazımova ilə onun övladı 2005-ci il təvəllüdlü Şahin Əmrahovla aralarında mübahisə olub.

Mübahisədən sonra Ş.Əmrahov anasını bıçaqla qətlə yetirib.

Məlumata görə, ana ilə övladının arasında əvvəllərdə mübahisələr olub.

Qeyd edək ki qətlə yetirilən Alidə Kazımovanın 2 qızı 2 oğlu olub. Qadının həyat yoldaşı isə bir neçə il bundan əvvəl avto qəzada dünyasını dəyişib

***

Goranboyda qətl hadisə baş verib.

Hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Goranboy Polis Şöbəsinə rayonun Safıkürd kənd sakini Alidə Kazımovanın öldürülməsi ilə bağlı məlumat daxil olub. Cinayəti törətməkdə şübhəli bilinən A.Kazımavonın oğlu 2005-ci il təvəllüdlü Şahin Əmrahov polisə könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır.