Türkiyə Ticarət Nazirliyinin Gömrük Mühafizəsi qrupları tərəfindən Ağrı Gürbulak Gömrük məntəqəsində keçirilən əməliyyatda, qara bazar dəyəri 1 milyard 179 milyon türk lirəsi olan 394 kiloqram metamfetamin müsadirə edilib. Dollarla isə bu məbləğ 27 milyon 686 min 364 dollara bərabərdir.
Stopnarkotik.az xəbər verir ki,nazirliyin açıqlamasına görə, Türkiyəyə daxil olmaq üçün Gürbulak Gömrük Bölgəsinə gələn TIR Gömrük Mühafizəsi Baş İdarəsi tərəfindən aparılan risk təhlili və hədəfləmə səyləri çərçivəsində şübhəli olaraq qiymətləndirilib.
Gürbulak Gömrük Mühafizəsi Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsi qrupları tərəfindən izlənilən nəqliyyat vasitəsi rentgen skan sisteminə göndərilib. Skan zamanı şübhəli maye aşkar edildikdən sonra Narkotik və Təhlükəsizlik (NARKOKİM) qrupları ətraflı axtarışa başlayıb.
Qruplar tərəfindən aparılan diqqətlə yoxlamalardan sonra, yük maşınının qanuni yükünün arasında gizlədilmiş 394 kiloqram metamfetamin tapılıb. Müsadirə edilən narkotiklərin qara bazar dəyəri təxminən 1 milyard 179 milyon türk lirəsi olduğu müəyyən edilib.
Əməliyyat zamanı müsadirə edilən narkotiklərin məhv edildiyi bildirilir. Hadisə ilə bağlı Doğubayazıt Baş Prokurorluğu tərəfindən araşdırma başlanılıb. Ticarət Nazirliyinin açıqlamasında ictimai səhiyyə və milli təhlükəsizliyə təhdid yaradan narkotik qaçaqmalçılığına qarşı qabaqcıl analitik sistemlərdən və "sıfır tolerantlıq" prinsipindən istifadə edərək qətiyyətli mübarizəsini davam etdirdiyi vurğulanıb.
Burada bir haşiyə çıxaraq qeyd edək ki, Gürbulak Sərhəd məntəqəsi Türkiyənin İranla sərhəddində ən əhəmiyyətli sərhəd qapısıdır.
Stopnarkotik.az