Gəncədə ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, avqustun 12-də şəhər ərazisindəki evlərin birindən 10000 manat pul və 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş V.Mirzəyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.