Gəncədə yeniyetməni qətlə yetirməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.
Stopnarkotik.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin 2007-ci il təvəllüdlü R.Cəfərov olduğu müəyyən edilib.
Hazırda onun saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
***13:39
Gəncədə qətl hadisəsi baş verib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü yeniyetmə oğlan bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisəni törədənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.