Gəncədə 43 yaşlı qadın bıçaqlandı

Gəncə şəhərində 43 yaşlı qadın bıçaqlanıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1982-ci il təvəllüdlü Aynurə İbrahimova bıçaq xəsarəti ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.

Qadın əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.