Gəncədə 26 yaşlı oğlan bıçaqlanıb.
Hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Poliklinkalarının birinin qarşısında baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Z.Rzayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.
26 yaşlı oğlanın hansı səbəbdən bıçaqlanması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.