Gəncədə 2 nəfərin bıçaqlandığı davanın ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Gəncə şəhərinin Atatürk prospektində yaranmış mübahisə qanla nəticələnib.

Belə ki, dava zamanı 1994-cü il təvəllüdlü Osman Nağıyev və 1995-ci il təvəllüdlü Eyyub Talıbov bədənlərinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Məlumata əsasən, onlardan biri, Eyyub Talıbov ürək nahiyəsindən bıçaqlanıb. O dərhal əməliyyata götürülüb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin necə və hansı şəraitdə baş verməsi ilə bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Stopnarkotik.az "unikal"a istinadən hadisə anının görüntülərini təqdim edir: