Gəncədə 18 yaşlı oğlan bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü R. Xəlilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.