Fransa Türk Dövlətləri Təşkilatını parçalamağa girişib – Özbəkistana və Qazaxıstana nələr təklif olunur?

“Avrasiyada transformasiya proseslərinin başladığı dövrdə Fransa Cənubi Qafqaz və Mərkəzi Asiyada öz təsirini gücləndirməyə çalışır”.

Bu barədə STEM analtik mərkəzinin aparıcı hərbi eksperti Aqil Rüstəmzadə bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Fransa digər vasitələrlə yanaşı, hərbi-texniki əməkdaşlıq kimi təsirli təsir rıçağını tətbiq etməyə çalışır. “Üstəlik, Mərkəzi Asiya ölkələrinə münasibətdə gündəmdə olan məsələ ən yüksək texnologiyalı silah sistemləri və hərbi texnikanın tədarüküdür ki, bu da öz növbəsində texnoloji bağlılığın və asılılığın daha da dərinləşməsini nəzərdə tutur”, - o qeyd edib. Hərbi analitik bildirib ki, belə sistemlər müəyyən bir infrastruktur, müxtəlif silah sistemləri və avadanlıqları daxilində işləmək üçün nəzərdə tutulub:

“Qazaxıstana radar sistemlərinin, Özbəkistana isə 24 qırıcı təyyarənin tədarükü təklif edilir”.

Aqil Rüstəmzadə vurğulayır ki, Fransanın burada strateji məqsədi göz qabağındadır: Rusiyanın Mərkəzi Asiyada təsirinin bir hissəsini əvəz etmək, eyni zamanda defraqmentasiyaya və türk dövlətlərinin tamhüquqlu hərbi-siyasi ittifaqının formalaşması perspektivlərini azaltmaq.

“Silah sistemləri və hərbi texnika təchizatının ənənəvi olaraq həyata keçirildiyi ölkələr arasında hərbi-texniki əməkdaşlıq etibarlı münasibətlər və milli maraqların üst-üstə düşməsini tələb edir”, - təhlilçi əlavə edib.

Ekspert bildirib ki, dünya praktikasında silah istehsalçılarının siyasi vəziyyətdən asılı olaraq öz öhdəliklərini vicdansız yerinə yetirməsi halları kifayət qədərdir: “Öz xüsusiyyətlərinə görə silah biznesi dövlətin nəzarətindədir və dövlət maraqlarına zidd ola bilməz. Müxtəlif neqativ halların yarana biləcəyi dövlətdən yüksək texnologiyalı silah sistemlərini - təyyarə, hava hücumundan müdafiə sistemləri, gəmilər almaqla alıcı ölkə texniki xidmətin dayandırılması, ehtiyat hissələri və döyüş sursatlarının satışından imtina, təchiz edilmiş silah sistemlərinin və hərbi texnikanın konstruksiyadan tam və ya qismən uzaqdan çıxarılması kimi habelə müəyyən risklər alır. Müvafiq olaraq, bir idxalçı ölkədən nə qədər çox hərbi malınız varsa, onun xarici siyasət və müdafiə imkanlarınız üzərində bir o qədər təsir rıçaqları var”.

Analitikin sözlərinə görə, şübhəsiz ki, Mərkəzi Asiya ölkələrinin silahlı qüvvələrinin yenidən silahlanması ilə bağlı uzunmüddətli problemləri var. “Amma nəzərə almalıyıq ki, öz milli təhlükəsizliyini Türk Dövlətləri Təşkilatının hərbi-siyasi birliyində təmin etmək perspektivini görən ölkələr üçün Fransa etibarlı silah təchizatçısı sayıla bilməz. Ona görə ki, Fransanın Birliyik iki üzvü - Azərbaycan və Türkiyə qarşı düşmənçilik siyasəti aparır. Ümumiyyətlə, geosiyasi qeyri-sabitlik dövrünü nəzərə alaraq, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin silah sistemlərinin və hərbi texnikanın inkişafı və istehsalı üçün hərbi-sənaye komplekslərinin birləşdirilməsi arzuolunandır”, - Aqil Rüstəmzadə vurğulayıb.