Fransa hərbçilərini Zəngəzura göndərmək istəyir - ŞOK DETALLAR

Bölgədə gərginlik günü-gündən artır. Bəzi Qərb dairələrində, eləcə də Ermənistanda belə fikir formalaşdırmağa çalışılır ki, guya Ermənistanın bəzi əraziləri işğala məruz qala bilər.

Bəzi ekspertlərin rəyinə görə, bu yolla Avropa İttifaqı, yaxud NATO hərbçilərinin regiona gətirilməsinə cəhd edilir. Buna görə də Rusiya sülhməramlılarının hələ bir müddət Qarabağda qalmasının Azərbaycana sərf etməsi haqda fikirlərə də rast gəlmək olur.

Qərb hərbi kontingentinin bölgəyə daxil olması bizim üçün niyə arzu olunan sayılmır?

Stopnarkotik.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, son bir ilə yaxın müddətdə Ermənistan və onun əsas havadarı Fransa tərəfindən məqsədyönlü şəkildə Azərbaycanın təcavüzkar ölkə olduğuna dair təbliğat kampaniyası aparılır:

Fransa hərbçilərini Zəngəzura göndərmək istəyir - ŞOK DETALLAR

“Kampaniyanın motivi isə Azərbaycanın Ermənistanı təhdid etməsi və torpaqlarında işğala hazırlaşması yönündədir. Bununla bağlı Qərb mətbuatında kompleks və mütəşəkkil fəaliyyət müşahidə edilir.

Aydın məsələdir ki, bu yolla Qərb silahlı qüvvələri regiona gətirilməyə çalışılır. Burada Qərb silahlıları deyərkən NATO qüvvələri nəzərdə tutulmur. Söhbət Fransanın öz silahlı qüvvələrini regiona gətirməsindən gedir.

Paris bu yolla regionda dominant güc olmaq, Ermənistan üzərindən regionda nüfuz qazanmaq istəyir. Təbii ki, burada həm də Rusiyanın təsir gücünü azaltmaq, yekunda isə tamamilə regiondan çıxarmaq məqsədi var.

Fransa əslində bu yolla Rusiyadan qisas almaq istəyir. Məlum olduğu kimi, son illərdə Fransa Şərqi Aralıq dənizində Afrikada nüfuzunu itirib. Xüsusilə Qərbi Afrikada ard-arda baş verən hakimiyyət dəyişikliyinin pərdəarxasında Moskva dayanır. Paris məhz bu itkilərin qisasını almaq üçün Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb çıxarmaq istəyir.

Fransa istəyinə nail olsa, xüsusilə Zəngəzurda mövqeyini sabitləyərək həm Moskvanın, həm də Bakının maraqlarına toxunmuş olacaq. Buna görə də Qərb hərbi kontingentinin bölgəyə daxil olması bizim üçün arzuolunmazdır”.