Fransa məhkəməsi Suriya prezidenti Bəşər Əsədin həbsinə order verib.
Bu barədə AFP məlumat yayıb.
O, 2013-cü ildə kimyəvi silahdan istifadə etməkdə ittiham olunub.
Fransanın kriminal hakimləri Suriya prezidenti Bəşər Əsəd və onun üç tərəfdaşını Suriyanın mülki əhalisinə qarşı qadağan olunmuş kimyəvi silahdan istifadə etməkdə ittiham edib. İddia 2013-cü ilin avqustunda Suriyada kimyəvi silahdan istifadə ilə bağlı qaldırılıb (Paytaxt Dəməşqin yaxınlığındakı Duma şəhəri).
Qeyd olunur ki, Əsəd elə 2013-cü ildə ölkədə kimyəvi silahların qadağan edilməsi ilə bağlı beynəlxalq konvensiya imzalayıb.