Fəraməz Maqsudovun bağ evini yardılar

Mərhum akademik, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Fəraməz Maqsudovun ailəsinə məxsus olan və Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən evdən oğurluq edilib.

Stopnarkotik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Fəraməz Maqsudovun nəvəsi, akademikin sağ ikən övladlığa götürdüyü Boqdan Maqsudov məlumat verib.

O bildirib ki, hadisə bu ilin fevralın 25-də baş verib: “Mərdəkan qəsəbəsi Telman küçəsindəki evimizə girən şəxslər pəncərənin dəmir barmaqlıqlarını qırıblar və evi tamamilə dağıdıblar. Biz saat 17 radələrində evə girəndə mənzilin alt-üst edildiyini gördük. Evdəki bütün mebellər dağıdılıb, xrustal qab-qacaq, bir neçə qol saatı, antik əşyalar, elektronik avadanlıqlar, sənədlər, eləcə də bir neçə digər qiymətli əşya oğurlanıb”.

Boqdan Maqsudov qeyd edib ki, fevral ayı ərzində Mərdəkandakı bağ evinə getməyiblər. O, oğurluğun əvvəlcədən planlaşdırıldığını, hadisə yerinin yaxınlığında avtomobilin olduğunu ehtimal etdiyini bildirib: “Hadisənin baş verdiyi ev Xəzər Rayon Prokurorluğunun qarşısındadır, orada çoxsaylı kameralar var. Biz dərhal polisə bu barədə məlumat verdik. Lakin oğurluğu edənlər hələ tutulmayıb”.

Mərhum akademik, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Fəraməz Maqsudovun ailəsinə məxsus olan və Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən evdən oğurluq edilib.

Bu barədə Fəraməz Maqsudovun nəvəsi, akademikin sağ ikən övladlığa götürdüyü Boqdan Maqsudov məlumat verib.