Ötən gün Binədə qətlə yetirilən şəxsin FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyev qətlə yetirilib.

Stopnarkotik.az "Unikal"a istinadla xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Maksim Əhmədov saxlanılıb.

Bildirilir ki, qətlə yetirilən Səlim Binə qəsəbəsində əmlak alqı-satqısı üzrə vasitəçi (makler) kimi fəaliyyət göstərib.

47 yaşlı Maksim isə taksi sürücüsü olub. İlkin məlumata görə, tərəflər arasında mübahisəyə səbəb avtomobillə bir-birlərinə yol verməmək üstündə olub.

Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir.

**

***23:38

Taksi sürücüsü ilə rieltor arasında yol üstündə mübahisə ağır cinayətə səbəb olub.

Stopnarkotik.az xəbər verir ki, qətl hadisəsi səhər saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

Qəsəbə ərazisində ev alqı-satqı ofisində işləyən 52 yaşlı Səlim Əliyevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal istintaq qrupu hadisə yerinə gəlib baxış keçiriblər.

47 yaşlı Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub. Onun ərazidə 1 manatlıq taksi fəaliyyəti göstərdiyi, Səlim Əliyevin isə qəsəbədə ev alqı-satqısı ofisində işlədiyi bildirilir.

Faktla bağlı rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.

Daha ətraflı videomaterialı təqdim edirik:

*** 14:59

Bu gün paytaxtın Xəzər rayonunda qətl törədilib.

Belə ki, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Yəhya oğlu Əliyev ürək nahiyəsindən bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Maksim Yasin oğlu Əhmədov Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Bildirilir ki, qətlə yetirilən Səlim Binə qəsəbəsində makler kimi fəaliyyət göstərib. Bu gün səhər saatlarında onun idarə etdiyi avtomobillə Maksimin taksi kimi sürdüyü maşın yolda üz-üzə gəlib və yol vermək üstündə aralarında mübahisə baş verib.

Hadisənin də bu mübahisə səbəbindən törədildiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.